Ermənilərin dağıtdığı evlər bərpa olunur - Fotolar

ermenilerin-dagitdigi-evler-berpa-olunur
Oxunma sayı: 1323

Aprelin əvvəlində ermənilərin təxribatı zaman ziyan dəyən bölgələrimizdən biri də Goranboy rayonunun Tapqaraqoyunlu kəndidir.

Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, düşmənin açdığı atəş nəticəsində kənddə 240-a yaxın ev dağılıb. Hazırda bu evlər dövlət vəsaiti hesabına yenidən qurulur.

İlk mərmi kənd sakini Tərlan Əhmədovanın evinə düşüb. Pəncərədən keçən mərmi arxa otaqdakı döşəməni dağıdıb.

Təmir aparan usta Seymur Yolçuyev bildirib ki, hazırda evin üstünü sökməklə məşğuldurlar:

“İndi də təmir edirik. Bir həftəyə qurtaracağıq. Bütün materiallar da gəlib, var”.

Zərər görən 237 evdən 14-də əsaslı, 219- da isə cari işlər görülür. Aparılan işlərin 2 aya yekunlaşdırılması nəzərdə tutulur.