Ermənilər Rusiyaya qarşı ayağa qalxır

ermeniler-rusiyaya-qarsi-ayaga-qalxir
Oxunma sayı: 2853

İrəvanda Rusiya ilə Ermənistan arasında vahid Hava Hücumundan Müdafiə sistemlərinin yaradılmasına qarşı yeni etirazlar başlayıb.

Qafqazinfo”nun Anspress-ə istinadən verdiyi məlumata görə, aksiya “biz ölkəmizin sahibiyik” qrupunun təşəbbüsü ilə təşkil edilib.

Etirazçılardan biri onlara yaxınlaşan Ermənistanın sabiq baş naziri, hazırda parlamentin deputatı olan Qrant Baqratyana şüşə butulka atıb. "O, şüşə atıb qaçdı. Çox güman ki, bu, təxribat idi”, - deyə Qrant Baqratyan jurnalistlərə açıqlamasında bildirib.

Baqratyan etirazçılara müqavilənin xarakterini aydınlaşdırmaq üçün yaxınlaşdığını deyib. Polis deputata hücum edən etirazçını saxlayıb.