Ermənilər “KVN”in səhnəsində - Maslyakovun yalanı üzə çıxdı

ermeniler-kvnin-sehnesinde
Oxunma sayı: 1780

Soçidə keçirilən “Şən və hazırcavablar klubu”nun festivalında qondarma Dağlıq Qarabağdan olan komandanın iştirak etməsi ilə bağlı qalmaqal böyüyür.

Xəbər verdiyimiz kimi, KVN-in aparıcısı, “AMİK” televiziya yaradıcılıq birliyinin direktoru Aleksandr Aleksandroviç Maslyakov da məsələyə münasibət bildirmiş və qondarma Dağlıq Qarabağ Respublikasından heç bir komandanın Soçidə keçirilən “Şən və hazırcavablar klubu”nun (KVN) beynəlxalq festivalında iştirak etmədiyini vurğulamışdı.

Qafqazinfo” xəbər verir ki, Ermənistan KİV-i Maslyakovun yalanını üzə çıxarıb. “Novosti-Armeniya” agentliyi hazırda Soçidə olan “DQR”dən olan komandanın nümayəndəsi Georqi Avetisyanla əlaqə saxlayıb. O bildirib ki, komanda artıq birinci turda iştirak edib və nəticələri gözləyir. Avetisyan, həmçinin komandalarının “DQR”i deyil, Xankəndini təmsil etdiyini bildirib.