Erməni polisi papaya şikayətə hazırlaşan gənci oğurladı

ermeni-polisi-papaya-sikayete-hazirlasan-genci-ogurladi
Oxunma sayı: 1078

Polis uniformasında bir qrup insan Gümrüdə siyasi dustaq Şanta Artünyanın 17 yaşlı oğlunu Şaqeni oğurlayaraq polis avtomobilində saxlayır.

Qafqazinfo”nun Trend-ə istinadən xəbərinə görə, bu barədə "Facebook" səhifəsində Gümri ağsaqqallar Şurasının üzvü Levon Barseqyan yazıb.

"Mən Şaqen ilə telefonla danışdım. O, bildirib ki, Gümrü mərkəzi meydanı yaxınlığında bir qrup insan onu qaçırıb və naməlum istiqamətə aparır", - deyə Levon Barseqyan bildiridi.

İrəvan ağsaqqallar Şurasının üzvü, "İrs" partiyasının təmsilçisi David Sanasaryan sosial şəbəkəsində hadisəyə münasibət bildirib: "Şaqen Roma Papasına bildirmək istəyirdi ki, Ermənistanda təqribən 20 siyasi məhbus var. Bu cür davranış insan hüquqlarının kobud şəkildə pozulmasıdır".