Erməni hüquq müdafiəçisi Xocalı abidəsini ziyarət edəcək

ermeni-huquq-mudafiecisi-xocali-abidesini-ziyaret-edecek
Oxunma sayı: 1276

"Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" beynəlxalq konfransın iştirakçısı, "Meridian" Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyan Xocalı abidəsini ziyarət edəcək.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında S. Çaqinyan deyib.

O, istənilən zorakılığa qarşı olduğunu bildirib: "Mən sabah Xocalı qurbanlarının abidəsini ziyarət edəcəm".