Ərdoğan Putinə zəng edib... - Peskov Lavrovu təkzib etdi

erdogan-putine-zeng-edib
Oxunma sayı: 5126

Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan rus təyyarəsinin vurulması ilə başlanan gərginlikdən sonra Putinə görüş təklifi edib.

“Qafqazinfo” xəbər verir ki, Putinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, Türkiyə tərəfi həqiqətən də qəzadan 7-8 saat sonra Rusiya dövlət başçısı ilə əlaqə saxlamağa çalışıb və bu haqda Putinə məlumat verilib.

Peskov bununla belə, prezidentlər arasında Su-24-ün vurulmasından sonra əlaqə olmayıb. Eyni zamanda, Türkiyə ilə dialoqun hazırda real olmadığını deyib.

Putinin sözçüsü noyabrın 30-da Parisdə baş tutacaq İqlim Sammitində prezidentlərin görüşünün planlaşdırılmadığını vurğulayıb.