Əliyevlə Poroşenko birgə təyyarə istehsalından danışdılar

eliyevle-porosenko-birge-teyyare-istehsalindan-danisdilar
Oxunma sayı: 1861

Ukrayna qətiyyətlə Dağlıq Qarabağda status-kvonun saxlanılmasını qəbul etmir.

Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Petro Poroşenko Bakıda prezident İlham Əliyevlə görüşündə deyib:

“Ukrayna öz tərəfindən Dağlıq Qarabağda status-kvonun saxlanılmasının yolverilməzliyini qeyd etdi və Azərbaycanın Krımın anneksiyasının tanınmaması, Ukraynanın ərazi bütövlüyünə dəstəklə bağlı qəti mövqeyini böyük məmnunluqla qarşıladı”.

Poroşenko, həmçinin qeyd edib ki, İlham Əliyevlə görüşdə Azərbaycan ərazisində An-178 təyyarələrinin istehsalını həyata keçirəcək birgə müəssisə yaradılması məsələsi müzakirə edilib.