Eldar Mahmudovun “Akula”sı həbs edildi - İspaniyada

eldar-mahmudovun-akulasi-hebs-edildi
Oxunma sayı: 9594

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxslərdən biri olan iş adamı “Akula Akif” ləqəbli Akif Mustafayev həbs edilib. 

Qafqazinfo” Haqqın.az-a istinadən xəbər verir ki, Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusuna cavab olaraq Akif Mustafayev İspaniya polisi tərəfindən ələ keçirilib.

Qeyd edək ki, A.Mustafayev oktyabrın 18-də - Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə, oradan da İspaniyaya getmişdi.

“Qafqazinfo”nun məlumatına görə,  Azərbaycan tərəfi ötən ilin dekabr ayından “Akula Akif”i "İnterpol” vasitəsilə qırmızı xətlə axtarışa vermişdi.

1955-ci il iyulun 18-də anadan olan Mustafayev Akif İsmayıl oğlunun “İnterpol”un saytında rüşvətxorluğa görə axtarıldığı qeyd olunub.