Ekspertlər Horadizdə...

ekspertler-horadizde
Oxunma sayı: 1135

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 19-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatlarına əsasən, Füzuli rayonunda minatəmizləmə əməliyyatları həyata keçiriblər.

ANAMA-dan “Qafqazinfo”ya daxil olan xəbərə görə, Horadiz şəhərində bir evə və həyətyanı sahəyə baxış keçirilib. Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Burada 300 kvadratmetr ərazi yoxlanılıb.
Yanvarın 1-dən martın 19-dək ANAMA tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 6 əkin sahəsinə, bir hərbi hissənin yaxınlığına, 158 ev və həyətyanı sahəyə, bir kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Nəticədə 1992 ədəd partlamamış hərbi sursat, o cümlədən 73 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 247 min 709 kvadratmetr ərazi (466 min 170 kvadratmetr əl ilə, 341,2 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 327 min 339 kvadratmetr ərazi isə minaaxtaran itlərlə) yoxlanılıb.