Eks-deputata sui-qəsd oldu - Vəziyyət gərginləşdi

eks-deputata-sui-qesd-oldu
Oxunma sayı: 2682

Rusiya və Ukrayna arasında yenidən kriz baş verib.

Qafqazinfo” xəbər verir ki, buna səbəb Ukraynanın paytaxtı Kiyevdə keçmiş rus millət vəkili Denis Voronenkovun sui-qəsd nəticəsində öldürülməsidir. Ukrayna sui-qəsddən dərhal sonra Rusiyanı günahlandırıb. Rəsmi Kreml isə bunun absurd olduğunu vurğulayıb. Voronenkovun həyat yoldaşı olan keçmiş millət vəkili xanımı da xəbəri eşidən kimi Kiyevə gəlib. Olay zamanı Voronenkovun mühafizəçisi də yaralanıb. Reyters-in xəbərinə görə sui-qəsdi həyata keçirən şəxs mühafizəçi tərəfindən yaralandığına görə xəstəxanada vəfat edib. Ötən ilin yaz aylarında müğənni həyat yoldaşı Mariya Maksakova ilə birlikdə Ukraynaya köçən Voronenkov bu ölkənin vətəndaşlığını qəbul edib. Voronenkov  Rusiyada korrupsiya ittihamı ilə axtarışa verilmişdi. Rəsmi Moskva onu beynəlxalq axtarışa vermişdi.

Bu səbəblə də Ukrayna baş prokuroru Yuriy Lutsenko sui-qəsdin arxasında Rusiyanın dayandığını iddia edib. Ukrayna prezidenti Petro Poroşenko isə baş verən olayı “dövlət terroru” adlandırıb.