“DQR”lə bağlı qanun layihəsi təsdiqlənməyib - Ermənistan təkzib verdi

dqrle-bagli-qanun-layihesi-tesdiqlenmeyib-
Oxunma sayı: 3196

Ermənistan baş nazirinin mətbuat katibi hökumətin qondarma Dağlıq Qarabağ respublikasının müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini təsdiqləməsini təkzib edib.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə mətbuat katibi Qoar Poqosyan özünün facebook hesabında yazıb:

“Hökumətin yekun qərarında qeyd edilir ki, Ermənistanla Dağlıq Qarabağ (red.qondarm) arasında müzakirələrdən sonra proseslərin gələcək inkişafı, həmçinin xarici faktorlar nəzərə alınaraq qanun layihəsinin qəbul edilməsi müəyyən ediləcək. Buna görə də, indiki etapda hökumət DQR-in (red.qondarma) müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini təsdiqləmir”.