“Dilqəmlə Şahbaz Ermənistan ordusuna elə zərbə vurdu ki...”

dilqemle-sahbaz-ermenistan-ordusuna-ele-zerbe-vurdu-ki
Oxunma sayı: 4816

“Ötən ilin sonunda sərhəddə baş verən təxribat zamanı həlak olmuş Azərbaycan əsgəri Çingiz Qurbanovun nəşini qaytarmamaqla Ermənistan tərəfi növbəti dəfə öz çirkinliyini nümayiş etdirir”.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

”Məsələ ölkə başçısının nəzarətindədir. Şübhəmiz yoxdur ki, əsgərimizin nəşi qaytarılacaq”, - deyə o bildirib.

Baş nazirin müavini 2014-cü ildə Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə də toxunub: "Bütün dünya növbəti dəfə Ermənistan tərəfinin qanunsuz əməllərinə şahidlik edir. Beynəlxalq təşkilatların, dövlətlərin bununla bağlı sərt reaksiyası var. Öz ata-analarının qəbrini ziyarət etməyə gedən insanlara terrorçu adı qoyuldu. Dilqəmlə Şahbaz Ermənistan ordusuna güclü zərbə vurdu. Ermənistan ordusu hələ də bu zərbənin altındadır, müxalifət hələ də bundan danışır".