“Dalbadal üç gecədir ki, əhali atəşə tutulur” - General

dalbadal-uc-gecedir-ki-ehali-atese-tutulur
Oxunma sayı: 7630

Ermənistanın Müdafiə Naziri Seyran Ohanyanın Moskvada, təhlükəsizlik məsələlərinə həsr edilmiş 5-ci beynəlxalq konfransda çıxışı bu beynəlxalq tədbirin iştirakçılarının diqqətini münaqişə zonasında baş verən hadisələrə cəlb etmək məqsədilə erməni tərəfin əvvəlcədən hazırlanmış provokasiyasıdır.

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev AzerTac-a müsahibəsində söyləyib:

"Bir tərəfdən, erməni nazir “sülhməramlı” qiyafəsində çıxış edir, digər tərəfdən - Ermənistan silahlı qüvvələri dalbadal üç gecədir ki, Azərbaycanın cəbhəyanı zonada yaşayan dinc əhalisini atəşə tutur".

Kərim Vəliyev qeyd edib ki, dinc sakinlərə və onların evlərinə atəş açan erməni tərəfindən fərqli olaraq, Azərbaycan ordusu yalnız düşmənin atəş nöqtələrinə preventiv cavab zərbələri endirir.

Qeyd edək ki, Ohanyan çıxışında Ermənistanın danışıqlar tərəfdarı olduğunu demişdi: "Hazırda atışma gedirsə, atəşkəs barədə əldə edilmiş son razılıq pozulursa, danışıqlar prosesi üçün hansısa şəraitin yaradılması mümkün deyil".