Daha bir şəhidlə vida mərasimi - Fotolar

daha-bir-sehidle-vida-merasimi-
Oxunma sayı: 6551

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçumuz Zakir Cəfərovun fevralın 28-də Bakının Nizami rayonunda son mənzilə yola salınması mərasimi keçirilib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, şəhidin cənazəsi son mənzilə izdihamlı dəfn mərasimində iştirak edən minlərlə insanın “Qarabağ bizimdir!”, “Azərbaycan” sədaları altında yola salınıb.

Şəhidin dəfn mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, rayonun hüquq mühafizə orqanlarının kollektivləri, şəhidin döyüş yoldaşları, ictimaiyyətin nümayəndələri, minlərlə rayon sakini iştirak edib.

Şəhidin tabutu üzərinə çəkilmiş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.