Daha bir şəhidin fotosu - 21 yaşı var idi...

daha-bir-sehidin-fotosu
Oxunma sayı: 8811

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbçilərimizdən biri Zakir Cəfərov Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin məzunu olub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə kollecin direktor müavini məlumat yayıb. O bildirib ki, Zakirin 21 yaşı olub: "O, kollecdə “Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri” ixtisası üzrə təhsil alıb və 2014-2015-ci tədris ilində Kollecimizi müvəffəqiyyətlə başa vurub".