Daha bir erməni PUA-sı vuruldu - Foto

daha-bir-ermeni-pua-si-vuruldu
Oxunma sayı: 1480

Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA vurulub.

Qafqazinfo”nun Müdafiə Nazirliyinə istinadən məlumatına görə, bu gün axşam saatlarında cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Qeyd edək ki, bu gün düşmənin həm də cəbhənin Füzuli rayonu istiqamətində uçan PUA-sı da məhv edilmişdi.