“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Alban spiker

dagliq-qarabag-azerbaycanin-ayrilmaz-hissesidir-
Oxunma sayı: 958

Albania paytaxtı Tiranada keçirilən NATO Parlament Assambleyasının (PA) yaz sessiyasında çıxış edən Albaniya Parlamentinn spikeri İlir Meta Azərbaycanın Dağlıq Qarabağ regionunda yaranmış son durumla bağlı münasibət bildirib.

Qafqazinfo”nun məlumatına görə, o, bildirib ki, Albaniya münaqişənin Minsk Qrupu formatında həll olunmasını və zorakılıq tədbiq etmədən sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsini dəstəkləyir. Albaniya Respublikası beynəlxalq ictimaiyyətin mövqeyi ilə tam şərikdir ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir və heç bir münaqişə Qafqaz regionunda yaşayan insanlara yardım etmir.