Dağıstanda “ac və susuz” saxlanılan azərbaycanlılar buraxılıb

dagistanda-ac-ve-susuz-saxlanilan-azerbaycanlilar-buraxilib
Oxunma sayı: 2083

Dağıstanda tikinti obyektlərində işləyən yüzlərlə azərbaycanlı Dağıstanın miqrasiya xidməti tərəfindən qeyri-rəsmi şəkildə işlədikləri üçün 3 gün idman zalında yeməksiz və susuz saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, saxlanılan işçilərdən biri BBC Azərbaycancaya bildirib. Adının çəkilməsini istəməyən işçi, o və həmvətənlərinin 9 fevral səhər saatlarında saxlanılmasına rəsmi səbəbin tikdikləri binanın sahibinin hakimiyyət orqanlarına özünü təqdim etməməsi olduğunu bildirib.

Əvvəla 400-ə yaxın azərbaycanlı saxlandığını deyən mənbə, onlarla insanın nəzarət altında olduqları dövrdə qaçdığını bildirib. Məlumata görə sonda təxminən 200 nəfər saxlanılıb.

Şənbə günü buraxıldıqlarını deyən işçi, hər kəsin pasportunun götürüldüyünü və bazar günü yalnız patentləri olan işçilərin pasportlarının qaytarıldığını deyib. Patentli olan işçilərin sayı ən azı 60 olub.

Lakin o həmçinin bildirib ki, patentsiz işçilər çərşənbə axşamı günü məhkəməyə getməlidirlər.

O bildirir ki, məhkəmədən sonra ya onların pasportları qaytarılacaq, yada ki onlara 3 və 5 min rubl arasında cərimə veriləcək. Onlar həmçinin deportasiya təhlükəsi ilə üz üzədirlər.

İşçilərin çoxunun kreditləri olduğunu və ailələrini dolandırmaq üçün Dağıstanda işlədiklərini deyən müsahibimiz heç kəsin deportasiya edilmək istəmədiyini bildirib.

Keçən həftə cümə axşamı saxlanılan işçilər üç gün yeməksiz və susuz saxlandıqdan sonra, şənbə günü günorta saat 3-4 radələrində buraxılıblar.