Çingizin nəşi qaytarılarkən erməni zabit huşunu itirib

cingizin-nesi-qaytarilarken-ermeni-zabit-husunu-itirib
Oxunma sayı: 8931

Fevralın 5-də Ermənistan-Azərbaycan sərhəddində şəhid Çingiz Qurbanovun nəşi düşmən tərəfdən alınarkən maraqlı hadisə baş verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, tərəflər nəşi almaq üçün üzbəüz durarkən Ermənistan silahlı qüvvələrnin zabiti həyacandan huşunu itirərək yıxılıb:

"O ya aprel döyüşlərinin iştirakçısı olub, ya da həmin döyüşlər barədə zabit həmkarlarından eşidib. Hər iki halda Azərbaycan ordusunun xofu hətta erməni hərbçilərinin düşüncəsində belə çox ciddi oturub".