“Bunun Ukraynaya dəxli yoxdur” - Rusiyadan notaya cavab

bunun-ukraynaya-dexli-yoxdur
Oxunma sayı: 1649

“Kreml Ukraynanın etiraz notasına reaksiya verməyi vacib hesab etmir. Prezident Putin Rusiyanın istənilən regionuna səfər edə bilər”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Ukraynanın Putinin Krıma səfərinə etiraz etməsinə münasibət bildirərkən deyib:

“Ukrayna ənənəvi olaraq etiraz edir və biz də ənənəvi olaraq bu etirazlara əhəmiyyət vermirik. Prezident lazım bildiyi Rusiya regionlarına səfər edir”.

Peskov, həmçinin bunun Rusiyanın daxili işi olduğunu vurğulayıb: “Bunun heç bir dövlətə, o cümlədən Ukraynaya dəxli yoxdur”.