Bu dəfə 15 dəfə

bu-defe-15-defe
Oxunma sayı: 646

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub.

Qafqazinfo”nun Müdafiə Nazirliyinə istinadən məlumatına görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, TərtərFüzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.a