Britaniya parlamentində “Xocalı Sülh Mükafatı”nın təqdimatı - Foto

britaniya-parlamentinde-xocali-sulh-mukafatinin-teqdimati-
Oxunma sayı: 810

Sülhün bərqərar olunması məqsədilə Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti üzvlərinin bir araya gətirilməsi üçün Azərbaycanın təşəbbüsü ilə yaradılan “Sülh Platforması”nı da bariz nümunə göstərmək olar. Azərbaycan tərəfinin sülhməramlı addımları ötən ildən etibarən İncəsənət sahəsində təqdim olunan “Xocalı Sülh Mükafatı” üçün də katalizator olub. Bu faciənin dəhşətlərini incəsənət vasitəsilə çatdırmaq məqsədi daşıyan sözügedən mükafat “Xocalıya Ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib. Bu mükafat Böyük Britaniyada yaşayan və incəsənət sahəsində təhsil alan tələbələrin yaradıcılığını istiqamətləndirməkdə davam edir.

"Qafqazinfo" xəbər verir ki, mükafatlar 22 fevral tarixində Böyük Britaniya Parlamentinin tarixi “Strangers’ Dining Room” zalında 100-dən artıq beynəlmiləl auditoriya qarşısında təqdim edilib. Müsabiqəyə daxil olmuş 70-dən artıq rəsm əsərləri arasından seçim edən münsiflər heyəti üzvləri Baronessa Sayeeda Varsi, Baronessa Zahida Manzur, Böyük Britaniya - Azərbaycan Parlamentəlrarası Dostluq Qrupunun sədri, millət vəkili Bob Bləkman, Avropa Azərbaycan Cəmiyyətinin mədəniyyət məsələlri üzrə məsləhətçisi Səbinə Rakçeyeva və Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter olub.

Tədbirdə çıxış edən Baronessa Zahida Manzur bildirib: “Mən müsabiqəyə daxil olan münsiflərdən biri idim. Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun digər üzvləri ilə birlikdə Azərbaycana səfərim zamanı Dağlıq Qarabağ regionundan məcburi köçkünlərlə görüşmək şərəfinə nail olmuşdum. Onların kədərli hekayələrini dinləmək çox ağır idi. Onların yaşadıqları terrordan başqa burada ümid, sevgi və ahəng vardı.

Burada sərgilənən rəsm əsərlərində müəyyən dərəcədə ümid elementi vardır. Bəzilərində sülh və sevgi görə bilərsiniz. Digərlərində çarəsizlik və kədərlə dolu gözlər görə bilərsiniz. Bəzilərində isə sülh göyərçininin qanadları var. Ona görə ki, biz hamımız eyni bəşəri hissləri bölüşürük və irəli getməyə çalışırıq. İncəsənət sahəsində “Xocalı Sülh Mükafatı” nın qaliblərini müəyyən etmək çox çətin idi. Bütün əsərlər münaqişənin həll olunmasına və sülhə ehtiyacın olduğunu göstərirdi.”

Mükafatçıları Baronessa Sayeeda Varsi elan edib. Birinci mükafatı Norveç İncəsənət Universitetinin tələbəsi britaniyalı Luisa Marriottun “Hərəkətin əmin-amanlığı” (Tranquillity of Movement) adlı rəsm əsəri layiq görülüb.