Bakıda tapılan ayı balasından yeni xəbər

bakida-tapilan-ayi-balasindan-yeni-xeber
Oxunma sayı: 6856

Dünən paytaxtda peyda olan ayı aidiyyatı quruma təhvil verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ayı balası bu gün Altıağac Milli Parkının nəznindəki Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikasına təhvil verilib.

Onun sözlərinə görə, klinikada müayinə edildikdən sonra ayı balası vəhşi təbiətə buraxılacaq.

Xatırladaq ki, dünən ayı balası Zığ qəsəbəsi, Hövsan yolunun üstündə yerləşən "BakuBus"ın avtomobil parkı yaxınlığında peyda olmuşdu. Ayı balasının kimə məxsus olması müəyyənləşmədiyi üçün o, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən götürülmüşdü.