Bakıda 4 ədəd partlamamış hərbi sursat tapılıb - Foto

bakida-4-eded-partlamamis-herbi-sursat-tapilib
Oxunma sayı: 778

Bakıda 4 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Bu barədə “Qafqazinfo”ya Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

ANAMA-nın xəbərinə görə, Bakı şəhəri Nərimanov rayonu - Müzzəfər Nərimanov küçəsində yerləşən Şampan zavodunun metal qəbulu məntəqəsinin ərazisindən 3 ədəd partlamamış hərbi sursat ( 2 ədəd 100 mm-lik top mərmisi - BR412 və 1 ədəd 152 mm-lik top mərmisi - OF540 ) və 1 ədəd 100 mm-lik top mərmisinin gilizi (boş) aşkar edilərək götürülüb, nəticə etibarilə 1 000 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 24 dekabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilmiş, 4 061 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 46 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.