“Bakı nə qədər təhlükəsizdirsə, İzmir də o qədər...” - Binəli Yıldırım

baki-ne-qeder-tehlukesizdirse-izmir-de-o-qeder
Oxunma sayı: 1993

“Terrorun olmadığı yer yoxdur. Terrordan qorxmaq, terrorla qorxutmaq ancaq terrorun, terrorçunun işinə yarayar. Amerika nə qədər təhlükəsizdirsə, Türkiyə də o qədər təhlükəsizdir”.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu sözləri baş nazir Binəli Yıldırım İstanbulda keçirilən Dünya Turizm Forumunda çıxışında deyib:

“Terroru turizmi baltalamaq və ya turizmdə avantaj əldə etmək üçün lütfən istifadə etməyək. Avropa, Paris nə qədər təhlükəsizdirsə, İstanbul da o qədər təhlükəsizdir, Sarayevo nə qədər təhlükəsizdirsə, Ankara da o qədər təhlükəsizdir, Bakı nə qədər təhlükəsizdirsə, İzmir də o qədər təhlükəsizdir”.