Bakı-İstanbul reysi təxirə salındı

baki-istanbul-reysi-texire-salindi
Oxunma sayı: 2656

"Türkiyə Hava Yolları" şirkətinin Bakıdan İstanbulun Sabiha Gökçen hava limanına bu gün səhər saatlarında həyata keçirilməli olan reysi təxirə salınıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Report" Heydər Əliyev Beynəlxalq Hava Limanına istinadən xəbər verir.

Aeroportdan təxirə salınmaya səbəb kimi sərnişin azlığı göstərilib. Təyyarə bu gün səhər saat 06:10-da Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna uçmalı idi.

Xatırladaq ki, THY-nin bu gün səhər 03:50-də Bakıya çatmalı olan İstanbul (Sabiha) - Bakı uçuşu da təxirə salınıb.

Aeroportdan bildirilib ki, digər reyslərdə heç bir dəyişiklik yoxdur və qrafik üzrə həyata keçirilir.