“Bakı atəş açsa, Qarabağı tanıyacağıq” - Ermənistandan absurd təhdid

baki-ates-acsa-qarabagi-taniyacagiq
Oxunma sayı: 7681

Əgər Azərbaycan atəşkəs rejimini pozarsa, Ermənistan Dağlıq Qarabağın (red.qondarma) müstəqilliyini tanıyacaq.

QafqazinfoErmənistan KİV-ə istinadən xəbər verir ki, belə bir açıqlama ilə bu ölkənin xarici işlər nazirinin müavini Şavarş Koçaryan çıxış edib:

“Əgər Azərbaycan yeni aqressiv addımlar atarsa və atəşkəsi pozarsa, Ermənistan birmənalı olaraq Qarabağı tanıyacaq”.

Koçaryan qeyd edib ki, Azərbaycan tərəfindən hərbi əməliyyatlar yenilənərsə, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istimqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini başa çatmış hesab etmək olar:

Ermənistan birmənalı olaraq hesab edir ki, sülh prosesinin alternativi yoxdur”.