Azərbaycanlı stilist Ermənistanda toyda - Fotolar

azerbaycanli-stilist-ermenistanda-toyda
Oxunma sayı: 15001

Əslən azərbaycanlı stilist Nazilə Mehdiyeva komandasında çalışdığı erməni əsilli stilist Goar Avetisyanın İrəvanda baş tutan toy mərasimində iştirak edib.

Qafqazinfo” xəbər verir ki, Missiya.az-ın əldə etdiyi məlumata görə, N.Mehdiyevanın İnstagram sosial şəbəkəsində toydan paylaşdığı ardıcıl video və fotolar izləyiciləri tərəfindən birtərəfli qarşılanmayıb. Stilistin Rusiyadakı dost-tanışları onun düşmən ölkəyə səfərini alqışlasalar da, Azərbaycandan olan izləyiciləri onu qınayıblar. N.Mehdiyeva Ermənistana, dostunun toyuna getməkdə qəbahət görmədiyini şərhlərdə dəfələrlə bəyan edib.

Diqqət çəkən məqamlardan biri toyda nümayiş etdirilən videoçarxda Azərbaycan musiqisinin səslənməsi olub.