Azərbaycanlı gənc ermənilər tərəfindən girov götürülüb

azerbaycanli-genc-ermeniler-terefinden-girov-goturulub
Oxunma sayı: 6360

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ermənilərə əsir düşmüş şəxslə bağlı açıqlama yayıb.

Qafqazinfo” xəbər verir ki, açıqlamada bildirilir ki, Dövlət Komissiyasına daxil olmuş məlumata əsasən, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

 ***

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının  üzvü, millət vəkili Əflatun Amaşov “Qafqazinfo”ya açıqlamasında  bildirib ki, Elnur Hüseynzadə hərbi qaydaları pozduğuna görə Silahlı Qüvvələrdən tərxis olunub. O hazırda mülki şəxsdir.