“Azərbaycanla silahlı toqquşma yenidən başlaya bilər” - Erməni nazir

azerbaycanla-silahli-toqqusma-yeniden-baslaya-biler
Oxunma sayı: 1975

“Azərbaycan və Ermənistan arasında yenidən silahlı toqquşma ola bilər”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistanın Müdafiə naziri Viqen Sarkisyan rus mediasına müsahibəsi zamanı deyib:

"Biz işimizi hərbi əməliyyatların yenidən başlaması ehtimalını nəzərə alaraq qururuq. Rusiyanın regionda mövcudluğu və Ermənistanla hərbi-siyasi əməkdaşlığın dərinləşməsi hərbi əməliyyatların bərpa olunmasına mane olur, regional stabillik və təhlükəsizliyin qorunub-saxlanılmasına yardım edir. 

Kifayət qədər aydındır ki, Ermənistan və region ölkələri üçün münaqişənin yenidən alovlanması sərfəli deyil. Müharibənin yenilənməsi bütün Cənubi Qafqaz üçün ciddi təhdid olacaq”.

Erməni nazir, həmçinin bildirib ki, xalqın mənəvi-psixoloji ruhunun möhkəmləndirilməsinə çalışılır. Bununla əlaqədar olaraq qadınlar üçün könüllü xidmət imkanlarının genişləndirilməsi üzərində də işlər gedir.

Aysel Kərimova