“Azərbaycanın Rusiyadan silah alması xoşumuza gəlmir” - Nalbandyan

azerbaycanin-rusiyadan-silah-almasi-xosumuza-gelmir
Oxunma sayı: 1325

“Azərbaycanın Rusiyadan silah alması sözsüz ki, Ermənistanın xoşuna gəlmir”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Ria Novosti saytına müsahibəsində deyib:

“Əlbəttə, Azərbaycanın Minsk qrupunun üzvü olaraq regionda sülh və stabilliyin saxlanılması üçün çoxlu səy göstərən, həmçinin Ermənistanla əməkdaşlıq edən müttəfiqimizdən silah alması xoşumuza gələ bilməz”.

Nalbandyan, həmçinin, qeyd edib ki, Ermənistan güc balansını qorumaq üçün səy göstərmək məcburiyyətindədir:

““Silahlanma yarışına” gəlincə, yeni müharibəyə başlamaqla bağlı hədələyən Ermənistan deyil, hərbi büdcəsi və aldığı silah sayı ilə öyünən də Ermənistan deyil”.