Azərbaycandan Rusiyaya dəstək

azerbaycandan-rusiyaya-destek
Oxunma sayı: 2205

Azərenerji” ASC Rusiyanın enerji probleminin həllinə yardım edib.

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, ötən gün Rusiya Federasiyasının Sverdlovski vilayətində yerləşən gücü 3800 meqavat olan “Reftinski” Dövlət Rayon Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində Sibir enerjisistemi şəbəkədən açılmış, enerjissitemdə güc çatışmamazlığı yaranıb. Nəticədə 600 mindən çox əhali, həmin ərazidə olan sənaye müəssisələri elektrik enerjisiz qalıb.
Rusiya Sistem Operatorunun müraciəti əsasında ölkə enerjisisteminin ehtiyat gücü hesabına qəza baş verən andan başlayaraq, qəzanın fəsadları aradan qaldırılana kimi qonşu ölkəyə fasiləsiz olaraq 200 meqavat gücündə enerjinin ötürülməsi təmin edilib.