“Azərbaycanda hərbi xidmətə getmək istəyirdi” - Polkovniki öldürən həmyerlimiz

azerbaycanda-herbi-xidmete-getmek-isteyirdi-
Oxunma sayı: 4889

Polis polkovniki Andrey Qoşt və ailəsinin bütün qatilləri həbs edilsə də, Rusiya mətbuatı qətldə şübhəli bilinənlərlə bağlı araşdırmaları davam etdirir.

Qafqazinfo” xəbər verir ki, yerli mətbuat qalmaqallı cinayətlə bağlı həbs olunan 3 azərbaycanlıdan biri olan Roman Fətəliyevin yaşadığı kənddə olub. Bir bacı, bir qardaş olan Fətəliyevlərin olduqca kasıb olduğu, qaz, hamamı olmayan daxmada yaşadıqları yazılır:

“Roman rus dilində ruslardan yaxşı yazıb oxuyurdu. Anası heç vaxt işləməyib, atası ailəni təsadüfi işlərdən əldə etdiyi gəlirlə dolandırıb. Uşaqların heç vaxt pasportu olmayıb. Daha sonra ata yoxa çıxır və bir neçə il evə gəlmir. Roman orduda xidmət etmək istəyirdi, lakin vətəndaşlığa görə Rusiyada mümkün deyildi. Deyirdi ki, Azərbaycanda xidmət etmək üçün ora gedəcək, lakin anasını tək qoya bilmirdi. Lakin getsəydi, bu cinayət olmazdı...”