Azərbaycanda 5 bəbir balası dünyaya gəlib - Video

azerbaycanda-5-bebir-balasi-dunyaya-gelib
Oxunma sayı: 4438

Hirkan Milli Parkı ərazisində 2016-cı ilin payız aylarında ana bəbirin 2 balası ilə fotoşəkli qeydə alınıb. 

Qafqazinfo” xəbər verir ki, fotoları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyası Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) dəstəyi ilə bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdiyi layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə əldə etmək mümkün olub.

Hirkan MP-da bəbirlərin əsas qidasını yabanı donuz, cüyür və digər məməlilər (çaqqal, porsuq, tirəndazlar və s) təşkil edir. Parkda bəbirlərin təbii artımı faktoloji olaraq ilk dəfə isbat edilib.

Eyni zamanda Naxçıvan Muxtar Respublikası ərazisində Həsən Əliyev adına Zəngəzur Milli Parkında da bəbir ailəsi 3 balası ilə müşahidə olunub.

Qeyd edək ki, Milli Park yaradıldıqdan sonra ərazidə bəbirlərin əsas qidası hesab olan bezoar keçilərinin sayının bərpa olunması, nadir və nəsli kəsilməkdə olan yırtıcı növlərin sayına müsbət təsir edib. Milli Park ərazisindəki güclü mühafizə rejimi və bol qida mənbəyi 3 balanın böyüməsinə şərait yaradıb.