Azərbaycan və Ermənistan naziri birgə şam yeməyində

azerbaycan-ve-ermenistan-naziri-birge-sam-yemeyinde
Oxunma sayı: 2023

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəvəti əsasında 8 dekabr tarixində gecə radələrində həmsədrlərin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə birgə işçi şam yeməyi baş tutub.

XİN-dən "Qafqazinfo"ya daxil olan xəbərə görə, Hamburq görüşündən əvvəl Fransa xarici işlər nazirinin təklifi ondan ibarət idi ki, 2+3 formatında Hamburqda xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin.

Təəssüf ki, Ermənistan tərəfinin destruktiv siyasəti və görüşlərdən qaçmaq siyasəti nəticəsində 2+3 formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmadı.

Şam yeməyi əsnasında həmsədrlərlə növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb.