Azərbaycan İrəvan görüşündə iştirak etməyəcək

azerbaycan-irevan-gorusunde-istirak-etmeyecek
Oxunma sayı: 1331

“Azərbaycan Şərq Tərəfdaşlığı ölkələrinin Xarici işlər nazirlərinin İrəvanda keçirilən qeyri-rəsmi görüşündə iştirak etməyəcək”.

Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev deyib.

Avropa İttifaqının məlumatına əsasən, noyabrın 17-də İrəvanda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin 8-ci qeyri-rəsmi görüşü keçiriləcək.

Qeyd edək ki, Şərq Tərəfdaşlığının tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.