Azərbaycan Hamburq görüşünə razılıq verdi

azerbaycan-hamburq-gorusune-raziliq-verdi
Oxunma sayı: 958

Minsk qrupunun həmsədrləri Hamburqda ATƏT XİN Şurası çərçivəsində Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin görüşünün təşkilini təklif edir.

Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu nazir Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

E.Məmmədyarov Azərbaycanın bu görüşə razılıq verdiyini bildirib.

Nazirin sözlərinə görə, münaqişənin həllində passivlik müşahidə olunur: “Sankt-Peterburq görüşündən sonra biz irəliləyişə ümid edirdik və Sankt-Peterburq ab-havasının bərpa olunmasını istərdik. Lakin erməni tərəfi prosesə mane olur”.