Azərbaycan etiraz etdi, ermənilərin konserti ləğv olundu

azerbaycan-etiraz-etdi-ermenilerin-konserti-legv-olundu
Oxunma sayı: 1637

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə Brüsselin məşhur “Palais des Beaux Arts” sarayında keçirilməsi nəzərdə tutulan konsert proqramının da ləğv edilməsi təmin olunub.

XİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu tədbirlər məqsədilə Brüsselə səfər etməyi planlaşdıran qondarma rejimin “rəhbəri” kimi özünü təqdim edən Bako Saakyanın səfərinin də ləğv edilməsinə nail olunub:

“Qondarma rejimin Brüsseldə təbliği ilə əlaqədar nəzərdə tutulan təxribatçı tədbirlərin qarşısının alınmasında Azərbaycan Respublikasının Milli Məclisinin rolu xüsusi olaraq qeyd edilməlidir.

Milli Məclis tərəfindən bu istiqamətdə zəruri önləyici addımlar atılıb, Belçikanın qanunverici orqanı, Avropa Parlamenti və digər aidiyyəti tərəflərlə davamlı iş aparılıb”.