Azərbaycan Ermənistana qarşı hərəkətə keçdi - “Stop Metsamor!”

azerbaycan-ermenistana-qarsi-herekete-kecdi
Oxunma sayı: 4432

Azərbaycanda Metsamor AES-in bağlanmasını tələb edən petisiyaya imzatoplama kampaniyasına start verilib.

Qafqazinfo” xəbər verir ki, Ermənistanda yerləşən Atom Elektrik Stansiyasının bağlanması ilə bağlı “Stop Metsamor” kampaniyasına başlanılıb. Bu məqsədlə bir qrup bloqqer change.org saytında Metsamor AES-in bağlanmasını tələb edən “Stop Metsamor!” petisiyası üzrə imza toplanmasına start verib:

https://www.change.org/p/world-community-we-want-the-metsamor-npp-of-armenia-to-be-closed-as-it-is-hazardous-for-the-world?source_location=petitions_share_skip

Bundan başqa, Facebook və Twitter sosial şəbəkələrində də Metsamor “Stop Metsamor!” kampaniyasının xüsusi səhifələri yaradılıb.

https://www.facebook.com/STOP-Metsamor-765785693522161/?fref=ts&__mref=message_bubble

https://twitter.com/StopMetsamor

https://www.facebook.com/events/629474597206586

Qeyd edək ki, istismar müddəti bitmiş Metsamor AES-də qəza baş verəcəyi təqdirdə Ermənistanın özü də daxil olmaqla geniş coğrafiyada yerləşən bir çox ölkə nüvə qəzasının yaratdığı digər fəsadlarla üz-üzə qalacaq.

Artıq uzun illərdir region ölkələri, Avropa İttifaqı və bir çox beynəlxalq təşkilat Metsamor AES-in yaratdığı təhlükə ilə bağlı həyəcan təbili çalır, milyonlarla insanın həyatını təhdid edən bu halın aradan qaldırılması üçün tədbir görülməsini tələb edirlər.

Bundan başqa, Ermənistanda AES-in mövcudluğu nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırır, onların işğal altında Azərbaycan ərazilərində sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradır. Ermənilərin nüvə qaçaqmalçılığı ilə məşğul olması, radioaktiv materialları ölkədən çıxararaq satmaq cəhdlərinə dair çoxsaylı faktlar mövcuddur. Belə materialların İŞİD və Əl-Qaidə kimi terror qruplaşmalarının əlinə düşəcəyi təqdirdə isə nəyin baş verəcəyini təsəvvür etmək heç də çətin deyil.

Kampaniyaya start verən fəallar beynəlxalq ictimaiyyəti Metsamor AES-in yaratdığı təhlükəyə biganə qalmamağa və həyata keçirilən kampaniyanı dəstəkləməyə çağırırlar.