Avstriya hökumətindən Qarabağ açıqlaması

avstriya-hokumetinden-qarabag-aciqlamasi
Oxunma sayı: 1185

Avstriya hökuməti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıb.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, ölkənin Xarici işlər naziri Sebastyan Kurç münaqişənin sülh yolu ilə nizamlanması prosesini dəstəkləməyə hazır olduqlarını deyib. Ermənistan mediasına danışan Sebastyan Kurç bildirib ki, Avstriya ATƏT-in gələcək həmsədri kimi Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycan və Ermənistana kömək etməyə hazırdır: "Təşəbbüslər barədə danışmaq hələ tezdir. Biz Minsk qrupunun üzvü deyilik, amma Minsk prosesinin dəstəklənməsi üçün əlimizdən gələni edəcəyik”. 

Qeyd edək ki, Avstriya 2017-ci ilin yanvarından etibarən ATƏT-ə həmsədrlik edəcək.

Aysel Kərimova