Avropa siyasətçiləri Qarabağa niyə gedir?

avropa-siyasetcileri-qarabaga-niye-gedir
Oxunma sayı: 1449

Azərbaycanın işğal altındakı torpaqlarında keçiriləcək "konstitusiya referendumu" ilə bağlı Dağlıq Qarabağa bir sıra xarici ölkələrin nümayəndələri müşahidəçi qismində səfər edəcək.

QafqazinfoModern.az-a istinadən bildirir ki, belə müşahidəçilərin sayını artmaqda davam edir. "Bolqarıstanın Xilası Milli Cəbhəsi" partiyasının sədri Valeri Simeonovun başçılıq etdiyi bolqar nümayəndə heyəti, Almaniyanın Ermənistandakı keçmiş səfiri Rayner Morel, Avropa parlamentinin deputatı Eleni Teoxarius (Kipr), "Kipr Həmrəylik Hərəkatı"nın sədri İoannisa Selinopulos artıq Qarabağdadırlar.

Bundan başqa, Latviya, Sloveniya, İspaniya, Böyük Britaniya, Rumıniya, Slovakiya, Belçika və s. ölkələrdən də nümayəndə heyətləri də "referendum"u müşahidə edəcək.