“Avropa münaqişənin qızışmaması üçün hərəkətə keçməlidir”

avropa-munaqisenin-qizismamasi-ucun-herekete-kecmelidir
Oxunma sayı: 709

Regional güclərin dəstəyi olmadan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində irəliləyişin əldə olunması qeyri-real görünür.

“Qafqazinfo” xəbər verir ki, bunu dailykarabakh-a eksklüziv açıqlamasında İtalyanın sabiq xarici işlər naziri, İtalya Beynəlxalq Təşkilatlar Cəmiyyətinin prezidenti Franko Frattini deyib. Franko Frattini hesab edir ki, regionda əsas oyunçular olan Türkiyə, ABŞ, Avropa İttifaqı və Rusiya bu məsələdə fəal olmalıdır: “Yalnız onların köməyi və fəal iştirakı ilə Qafqazın yenidən aktiv münaqişə zonasına çevrilməsinin qarşısını almaq olar”.

İltaliyalı diplomat bildirib ki, digər tərəfdən dialoq və barışıq strategiyası olmadan Dağlıq Qarabağ münaqişəsinin həllini təssəvvür etmək olduqca çətindir: “Hər iki münaqişə tərəfinin cəmiyyətlərini sülhün yeganə həll yolu olduğuna inandırmaq olduqca vacibdir. Əks halda, hətta ən yaxşı ssenaridə belə münaqişənin həlli istiqamətində beynəlxalq səylər faydasız olacaq.

Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir regionun sabitliynə və təhlükəsizliyinə təsir göstərməklə Qafqazda həll edilməmiş ən narahatverici münaqişələrdən biridir. Həm münaqişə tərəfləri arasında gərginliyin artması, həm də regional güclər səbəbindən hər kəs hələ də münaqişəyə fərqli mövqedən yanaşır”.

Franko Frattininin fikrincə, münaqişə tərəfləri arasında atəşkəs haqda sazişin imzalanmasından uzun illər keçsə də, bu, hələ də real sülhə və ya sabitliyə gətirib çıxara bilməyib, münaqişə mövcud olmaqda davam edir: “Uzun müddətdir, davam edən münaqişə vəziyyətinin kütləvi əhali yerdəyişməsi, iqtisadi disbalans, sosial çətinliklər ilə kombinasiyası regionun təhlükəsizliyinin əsas təhdidi təşkil edir. O region ki, Avropanın da təhlükəsizliyi üçün vacib əhəmiyyət kəsb edir. Ukrayna və Yaxın Şərqdə baş verən böhranlar göstərdi ki, münaqişələr xüsusi diqqət yeirməklə həll olunmadığı halda qonşuların da təhlükəsizliynə təhlükə yaradır. Bu səbəbdən də, Avropa İttifaqı institutları münaqişənin qızışmasının qarşısını almaq üçün hərəkətə keçməlidir”

İtaliyanın keçmiş xarici işlər naziri hesab edir ki, Dağlıq Qarabağ məsələsi də Brüsselin fəaliyyətində prioritetləşdirilməlidir.