Aprel döyüşləri Sarkisyanın acizliyini üzə çıxardı - Erməni müxalifəti

aprel-doyusleri-sarkisyanin-acizliyini-uze-cixardi
Oxunma sayı: 2193

Dördgünlük aprel müharibəsi Ermənistanda iqtidar rejiminin acizliyini, mənəviyyatsızlığını və zavallı mahiyyətini tamamən üzə çıxarıb.

"Qafqazinfo" Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Demokratik vətən” müxalifət partiyasının siyasi şurasının bəyanatında deyilir.

“Əsasən, 20 il ərzində bizim cəmiyyətin aldadıldığı Qarabağın saxlanıldığı, hakimiyyəti dəyişməyə çalışanların, torpaqları verməyə hazır olan vətən xaini kimi qələmə verilməsinə dair əfsanənin dumanı dağıldı.

Bu şüarlar altında bütün seçkiləri saxtalaşdıraraq onlar hakimiyyəti zəbt etdilər. 2004-cü ilin aprelində onlar tərəfindən yaradılmış yanıçarlar Baqramyan meydanında “Üzük” əməliyyatını yerinə yetirdilər, 2008-ci ilin martın 1-də isə xalqı atəşə tutdular.

Bütün bunlardan sonra cəmiyyətin əsas hissəsi, o cümlədən də siyasi müxalifət Qarabağ və Ermənistanın təhlükəsizliyinin zəmanəti olan ordu qarətlərə məruz qalan sahənin olmadığından əmin idi.

Buna əsas isə Serj Sarkisyanın cəmiyyətimizin Azərbaycanın öz ordusunu neft dollarlarla təkmilləşdirdiyinə dair narahatlığına cavab olaraq, o, ixtişaş yaratmamağa çağırdı. Belə ki, erməni ordusu da silahlanırdı, bu silahlanma həm də yalnız büdcə hesabına olmadığı deyilirdi. Nəticədə isə Serj Sarkisyan növbəti dəfə xalqı aldatdı”, - bəyanatda deyilir.