Alman nazirin separatçı ilə görüşünə Azərbaycandan - Reaksiya

alman-nazirin-separatci-ile-gorusune-azerbaycandan-
Oxunma sayı: 1170

Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank -Valter Ştaynmayerin Ermənistanda Bako Saakyan ilə görüşünə Azərbaycan reaksiya verib.

Qafqazinfo” xəbər verir ki, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank -Valter Ştaynmayerin Bako Saakyan ilə görüşü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə görüş xarakteri daşıyır: “Azərbaycana səfər müddətində Ştaynmayer Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının nümayəndələri ilə görüşəcək. Həmçinin, məcburi köçkünlər üçün tikilmiş yaşayış məntəqəsi ilə tanış olacaq”.