“ABŞ Qarabağ məsələsində dəstək verməkdə sadiqdir” - Kerri

abs-qarabag-meselesinde-destek-vermekde-sadiqdir-
Oxunma sayı: 773

ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan xalqını 28 May Respublika günü münasibəti ilə təbrik edib.

QafqazinfoTrend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Birləşmiş Ştatlar əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dəstək verməkdə sadiqdir”, - deyə Con Kerri qeyd edib.

Onun sözlərinə görə, ABŞ ekstremizmə qarşı mübarizədə və transmilli məsələlərdə Azərbaycanla sıx əməkdaşlığı yüksək qiymətləndirir.

ABŞ və Azərbaycan həm Avropa daxilində, həm də Avropa hüdudlarından kənarda təhlükəsizlik və tərəqqi naminə birgə çalışıblar”, - deyə Kerri bildirib.

“Azərbaycan Avropa bazarına enerji resursların tədarükçüsü kimi mühüm rol oynayır və ABŞ Azərbaycanın regionda enerji diversifikasiyasının genişləndirilməsi istiqamətində səylərini tam dəstəkləyir”, - təbrikdə deyilir.