ABŞ-ın Ermənistandakı səfirindən təxribat

abs-in-ermenistandaki-sefirinden-texribat
Oxunma sayı: 2790

Son bir ay ərzində ABŞ-ın Bakı və İrəvandakı səfirliklərinin fəaliyyətinə və twitter-də paylaşdıqları statuslara nəzər saldıqda maraqlı mənzərə müşahidə olunur.

Qafqazinfo” xəbər verir ki, İrəvanda iyul ayında baş verən hadisələr zamanı Ermənistan rəhbərliyinin xalqa qarşı güc tətbiq etməsinə ABŞ Dövlət Departamenti kimi səfirlik də ciddi reaksiya vermədi.

İrəvandakı səfirlik öz səhifəsində daha çox Ermənistanın turizm potensialını təbliğ etməklə məşğuldur. Son bir ayda səfirliyin twitter-ində “Ermənistan amerikan diplomatların gözündə” həştəqi ilə (#Armenia through Eyes of American Diplomats! #BeautifulArmenia #TourisminArmenia) dəfələrlə paylaşım edilib. Səfir Richard M. Mills Ermənistanda turizm imkanlarının təbliğinə səy göstərir (Amb Mills is exploring touristic sites of #Armenia! Here he is @Areni Wine Trail #BeautifulArmenia #TourisminArmenia). https://twitter.com/usembarmenia/status/766613931397935104

Ən müəmmalı məqam isə səfirliyin 17 avqustda Olimpiadada qızıl medal qazandıqdan sonra siyasi təxribata əl atan erməni güləşçinin təxribatçı şəklini paylaşaraq təbrik mesajı verməsi ilə bağlıdır. İlk növbədə idmanın siyasiləşdirilməsi olimpiada fəlsəfəsinə ziddir. Erməni idmançısının təxribata səbəb olan şəklinin ABŞ səfirliyi tərəfindən paylaşılması isə ABŞ-ın ədalət, qanunun aliliyi prinsipləri ilə uyğun gəmir.

Müqayisə üçün qeyd etmək olar ki, Azərbaycanın Olimpiada qazandığı nailiyyət daha parlaq olsa da, Bakıdakı ABŞ səfirliyinin diqqətini cəlb edə bilməyib.

Ümumiyyətlə, son bir aylıq müşahidə göstərir ki, ABŞ-ın İrəvandakı səfirlyi öz fəaliyyətində Ermənistanın təbliğinə üstünlük verdiyi halda, Bakıdakı səfirliyin son vaxtlar əsas işi müxalifət nümayəndələri ilə görüşlər olub.