“ABŞ dünyaya qaydalar diktə etmək istəyir” - Rusiya XİN

abs-dunyaya-qaydalar-dikte-etmek-isteyir
Oxunma sayı: 880

ABŞ bütün dünyaya qaydalar diktə etmək istəyir. Bu köhnə xəstəlikdir və keçib gedəcək”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov canlı yayımda jurnalist və oxucuların suallarını cavablandırarkən deyib.

ABŞ və Rusiya arasında müharibə ola bilərmi” şəklində verilən oxucu sualını cavablandıran Lavrov bildirib ki, heç bir dünya müharibəsi olmayacaq:

“Heç bir dünya müharibəsi olmayacaq. Bu barədə prezident Vladimir Solovyevin filmində deyib və mən əminəm ki, məsuliyyətli siyasətçilər buna yol verməyəcəklər. Çünki hələ də Birinci və İkinci dünya müharibələrinin dəhşətlərini xatırlayırlar”.

Rus-türk əlaqələrinə gəlincə, Lavrov qeyd edib ki, Rusiyanın rəsmi Ankaraya münasibəti əvvəlki kimidir:

“Ankara üzr istəməlidir və ötən ilin noyabrın 24-də rus təyyarəsinin vurulması ilə dəyən itkini kompensasiya etməlidir”