“7 erməni hərbiçisi məhv edilib”- - Rəsmi açıqlama

7-ermeni-herbicisi-mehv-edilib-
Oxunma sayı: 1419


“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əməliyyat şəraitini qiymətləndirərək düşmənin bütün təxribat və fəaliyyətlərinin qarşısını vaxtında almaqla onun atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 1.017 atəş zərbəsi endirib: 

"Düşmənə qarşı güc tətbiq etməklə görülən adekvat tədbirlər nəticəsində son bir həftə ərzində müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinin 7 nəfər hərbi qulluqçusu məhv edilib və xeyli sayda yaralısı var. Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir".

“Qafqazinfo”