18 ton Azərbaycan tərəvəzi Rusiyaya buraxılmadı

18-ton-azerbaycan-terevezi-rusiyaya-buraxilmadi
Oxunma sayı: 2482

Azərbaycandan Dağıstana aparılan 18 tondan çox tərəvəzi “Rosslexoznadzor”un əməkdaşları Azərbaycan-Rusiya sərhədində saxlayıblar.

“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Şənbə günü “Yaraq-Kazmalar” keçid məntəqəsində karantin fitosanitar nəzarəti şöbəsinin dövlət müfəttişləri Rusiyanın dövlət sərhədində İran İslam Respublikasından gətirilən 16,4 ton təzə xiyar və 1,7 ton badımcan saxlayıblar.

“Tələb olunan müşayiət sənədləri yoxlanıldıqda idarənin dövlət müfəttişləri fitosanitar qaydaların kobud şəkildə pozulduğunu aşkar ediblər: fitosanitar sertifikatda yanlış məlumatlar təqdim edilmişdi. Yükün sahibi “Bitkilərin karantini haqqında” FQ-206 22-ci bəndini pozub, buna görə isə administrativ cəza nəzərdə tutulur”, - idarədən bildirilib.