Azərbaycanlı məşhurların boy fərqi- - 1.92, 1.50...+Fotolar

azerbaycanli-meshurlarin-boy-ferqi-
Oxunma sayı: 92762


“Qafqazinfo” bu məsələni əlində əsas tutaraq ən hündür və qısa boy ölçülərinə sahib məşhurları müəyyənləşdirməyə çalışıb. 

Kiçik araşdırmamızdan məlum olur ki, ən hündür boy ölçüsünə sahib olan sənətçi əməkdar artist Eyyub Yağubovdur. Onun nə az, nə çox boy ölçüsü 1.92 sm-dir.

Sıralamada bəylər arasında ikinci yeri meyxanaçı Namiq Qaraçuxurlu tutur. Onun boy ölçüsü isə 1.87 sm-dir. 

Əməkdar artist Cavanşir Məmmədovda uzunboylu kişi sənətçilər sırasındadır. O, 1.83 sm boy ölçüsünə sahibdir. 

Boy-buxunu ilə öyünən müğənni Nadir Qafarzadənin boy ölçüsü isə 1.80 sm-dir. 

Əməkdar artist Ədalət Şükürov boy ölçüsünün  1.68 sm olduğunu bildirib. Daha bir əməkdar artist Abbas Bağırov həmkarını 2 sm-lə qabaqlayıb. Abbasın boy ölçüsü 1.70 sm-dir. 

Xanımlar sırasında boyu  ilə göz oxşayan ifaçı xalq artisti Nazpəri Dostaliyevadır. Sənətkarın boy ölçücü 1.70 sm-ə malikdir. 

Sevilən estrada müğənnisi Natavan Həbibi orta boylu sənətçilər sırasındadır. Natavanın boy ölçüsü 1.65 sm-dir.

Xalq artisti Aygün Kazımovanın boy ölçüsü isə 1.68 sm-dir. 

Cəsarətli müğənni Röya Ayxan kompleksizliyi ilə daha çox seçilir. O boy ölçüsü 1.65 sm oldunu bildirib. 

Səsi və geyim tərzi ilə seçilən müğənni Günay İbrahimlinin boy ölçüsü 1.63 sm-dir.

Əməkdar artist Aygün Bəylər qısaboylu xanım müğənnilər sırasındadır. Sənətçinin boyu 1.50 sm təşkil edir. 

Gürcü qızı Manana Çaparidze boyunun 1.54 sm olduğunu açıqlayıb. 

Müğənni İradə İbrahimovaXuraman Şuşalının boy ölçüləri eynidir. Onların boyu 1.60 sm təşkil edir. 

Xalq artisti, aktrisa Məleykə Əsədova isə 1.68 sm boy ölçüsünə sahib olduğunu bildirib. 

Əməkdar artistlər Firuzə İbadova Lalə Məmədova eyni boydadır. İfaçıların boy ölçüləri 1.64 sm-dir.